Azərbaycanın hüquq ictimaiyyətinə
ağır itki üz vermişdir.
Konstitusiya Məhkəməsinin
hakimi, Əməkdar hüquqşunas Mahir Muradov Yanvarın 5-də 66 yaşında vəfat
etmişdir.
Mahir Muradov 25 iyul 1956-cı
ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildən
başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma”
İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci
ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru,
prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri
Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.
16 oktyabr 2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə
görə «Əməkdar hüquqşünas» fəxri adı verilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilmişdir.
Mahir Muradov qayğıkeş, gülərüz,
yüksək mədəniyyətə malik gözəl insan və təcrübəli hüquqşünas kimi həmkar və
dostların xatirəsində qalacaqdır.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Mahir
Muradovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin
hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!