Decisions

10.08.98 AR Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə

9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da

kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

10 avqust 1998-ci il                                                                         Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkə­mə­si X.Ha­cıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qva­ladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovun, həm­çinin dəvət olun­muş Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın üzvləri, N.Səfərovun, S.Kə­ri­mo­vun, K.Şəfiyevin, Ə.Seyidovun iş­ti­rakı ilə 26 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məc­lisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində ke­ci­rilmiş seçkilərin nəticələri haqqında MSK-nın 3 avqust 1998-ci il tarixli 84 saylı protokolundan cıxarış barədə 84/306 N-li qərarına baxdı.

Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seç­ki Komissiyası 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da kecirilmiş yeni seçkilərin nəticələri öz əksini tapmışdır.

Təqdim olunmuş sənəddən məlum olur ki, seçki dairəsinin 35 məntəqəsində secici siyahılarına daxil edilmiş 47.820 seçicinin 30.772 nəfəri  yaxud 64 faizi səsvermədə iştirak etmişdir. Onların yarıdan coxu yəni 21.425 nəfəri seçki dairəsi Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına Mirzəyev Həsən İbrahim oqlunun lehinə səs vermişdir. Bu isə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" qanunun 74-cü maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 78-ci maddəsinin tələblərinə riayət edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq

Q Ə R A R A  A L I R:

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 80-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 26 iyul 1998-ci il tarixdə kecirilmiş yeni seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.