AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə
9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da
keçirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
10 avqust 1998-ci il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovun, həmçinin dəvət olunmuş Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın üzvləri, N.Səfərovun, S.Kərimovun, K.Şəfiyevin, Ə.Seyidovun iştirakı ilə 26 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində keçirilmiş seçkilərin nəticələri haqqında MSK-nın 3 avqust 1998-ci il tarixli 84 saylı protokolundan çıxarış barədə 84/306 N-li qərarına baxdı.
Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da keçirilmiş yeni seçkilərin nəticələri öz əksini tapmışdır.
Təqdim olunmuş sənəddən məlum olur ki, seçki dairəsinin 35 məntəqəsində seçici siyahılarına daxil edilmiş 47 820 seçicinin 30 772 nəfəri, yaxud 64 faizi səsvermədə iştirak etmişdir. Onların yarıdan çoxu, yəni 21 425 nəfəri seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Mirzəyev Həsən İbrahim oğlunun lehinə səs vermişdir. Bu isə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"
qanunun
74-cü maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"
Qanunun
78-ci maddəsinin tələblərinə riayət edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq
QƏRARA
ALIR:
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə
müvafiq olaraq Azərbaycan
Respublikası
Milli Məclisinə
seçkilər
üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 26 iyul 1998-ci il tarixdə keçirilmiş
yeni seçkilərin
nəticələri
bütövlükdə
təsdiq edilsin.