Qərarlar

10.08.98 AR Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da keçirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

 

QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə

9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da

 keçirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması təsdiqi haqqında

 

10 avqust 1998-ci il                                             Bakı şəhəri

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkə­­si X.Ha­cıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qva­ladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovun, həm­çinin dəvət olun­muş Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın üzvləri, N.Səfərovun, S.­ri­mo­vun, K.Şəfiyevin, Ə.Seyidovun ­ti­rakı ilə 26 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məc­lisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində ke­çi­rilmiş seçkilərin nəticələri haqqında MSK-nın 3 avqust 1998-ci il tarixli 84 saylı protokolundan çıxarış barədə 84/306 N-li qərarına baxdı.

Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seç­ki Komissiyası 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-da keçirilmiş yeni seçkilərin nəticələri öz əksini tapmışdır.

Təqdim olunmuş sənəddən məlum olur ki, seçki dairəsinin 35 məntəqəsində seçici siyahılarına daxil edilmiş 47 820 seçicinin 30 772 nəfəri, yaxud 64 faizi səsvermədə iştirak etmişdir. Onların yarıdan çoxu, yəni 21 425 nəfəri seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Mirzəyev Həsən İbrahim oğlunun lehinə səs vermişdir. Bu isə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" qanunun 74- maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 78-ci maddəsinin tələblərinə riayət edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86- maddəsini "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci maddəsinin 3- hissəsini rəhbər tutaraq

 

QƏRARA ALIR:

 

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 26 iyul 1998-ci il tarixdə keçirilmiş yeni seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.