03.02.2020
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə
heyəti beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan rəsmi
tədbirlərdə iştirak etmək üçün Strasburqda səfərdə olub.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin, Avropa ölkələrinin Konstitusiya və Ali məhkəmələrinin sədr
və hakimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında
gender bərabərliyi, sosial imtiyazlardan istifadə etmək hüququ, elm və
texnologiya, şəxsi məlumatın saxlanılması, biotexnologiya və digər hüquqi
məsələlərlə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 2020-ci il üzrə
məhkəmə ilinin açılışına həsr olunan tədbirdə isə Avropa Məhkəməsinin sədri
Linos-Aleksandr Sisilianos Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların
icmalını təqdim edib.
Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya
məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.