Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub

Новости

2020 Feb

03.02.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan rəsmi tədbirlərdə iştirak etmək üçün Strasburqda səfərdə olub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa ölkələrinin Konstitusiya və Ali məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında gender bərabərliyi, sosial imtiyazlardan istifadə etmək hüququ, elm və texnologiya, şəxsi məlumatın saxlanılması, biotexnologiya və digər hüquqi məsələlərlə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan tədbirdə isə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilianos Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların icmalını təqdim edib.

Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.