Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini xanım Sona Salmanova 2012-ci il oktyabrın 17-dən 20-dək İsveçrənin Cenevrə şəhərində keçirilən “CRANS MONTANA” FORUMUNUN Transmilli cinayətkarlıq haqqında Beynəlxalq Sammitinin Vətən və Qlobal Təhlükəsizlik Forumunda iştirak etmişdir.
Forum Qlobal dünya təhlükəsizliyi, Afrika və ərəb dünyası problemləri, Afrika Limanlarının klubu mövzusuna həsr olunmuşdur.
Forumda beynəlxalq terrorizmin biznes və investisiyaya təsiri, Sahel-Saxara regionu, təhlükəsizlik məsələləri, həmin məsələlərin Afrika qitəsi, Aralıqyanı ərazilərə və Avropaya təsirləri barədə müzakirələr aparılmış, forum iştirakçılarının çıxışları dinlənilmişdir.