2012-10-22 Konstitusiya Məhkəməsinin sədr müavini xanım Sona Salmanova Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur

News

2012 Oct

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini xanım Sona Salmanova 2012-ci il oktyabrın 17-dən 20-dək İsveçrənin Cenevrə şəhərində keçirilən “CRANS  MONTANA” FORUMUNUN Transmilli cinayətkarlıq haqqında Beynəlxalq Sammitinin Vətən və Qlobal Təhlükəsizlik Forumunda iştirak  etmişdir.

Forum Qlobal dünya təhlükəsizliyi, Afrika və ərəb dünyası problemləri, Afrika Limanlarının klubu mövzusuna həsr olunmuşdur.

Forumda  beynəlxalq terrorizmin biznes və investisiyaya təsiri, Sahel-Saxara regionu, təhlükəsizlik məsələləri, həmin məsələlərin Afrika qitəsi, Aralıqyanı ərazilərə və Avropaya təsirləri barədə müzakirələr aparılmış, forum iştirakçılarının çıxışları dinlənilmişdir.