03.07.2026
Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Konstitusiyanın
130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun
7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun avqustun 4-nə təyin edilmiş iclasında
baxılacaq.
