Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

News

2026 Jul

03.07.2026

Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 4-nə təyin edilmiş iclasında baxılacaq.