Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Xəbərlər

2026 May

20.05.2026

Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci və Cinayət-Prosessual Məcəllənin 449.3.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 11-nə təyin edilmiş iclasında baxılacaq.