20.05.2026
Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Konstitusiyanın
130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun
7.1-ci maddəsinə əsasən, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci və Cinayət-Prosessual
Məcəllənin 449.3.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin
müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul
edilib.
Müraciətə mahiyyəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 11-nə təyin edilmiş iclasında
baxılacaq.
