16.09.2025
12 sentyabr
2025-ci il tarixində Qazaxıstan Respublikasının Konstitusiyasının qəbul edilməsinin
30-cu ildönümünə həsr olunmuş "Hüquq vasitəsilə Sülh və Gələcək" mövzusunda
Beynəlxalq Forum keçirilib.
Tədbirin
açılışında Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira
Azimova qonaqları salamlamışdır.
Forumda
Qazaxıstan dövlət orqanlarının rəhbərləri, habelə Türkiyə, Özbəkistan, Qırğız
Respublikası, Koreya, Bolqarıstan və digər ölkələrin konstitusiya ədalət
mühakiməsi orqanlarının hakimləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların
nümayəndələri iştirak etmişlər.
Tədbirdə
“Qanun və asayişin qorunması sülhün əsası kimi: insan hüquqlarına və dövlətin
sabitliyinə hörmət”, “Qanunvericinin praqmatikliyi və qanunun məsuliyyətlə tətbiq
edilməsi: etimadın və səmərəliliyin təmin edilməsi”, “Konstitusiya kimliyi və
hüquqi mühit: gələcək nəsillərin maarifləndirilməsi” mövzularında keçirilən
sessiyalarda konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilmiş,
fikir mübadiləsi aparılmışdır.
Həmçinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qazaxıstan
Respublikasının Konstitusiyasının 30 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin
sədri E.Əzimovanın təqdimatı əsasında Qazaxıstan Respublikasının Prezidenti cənab
Qasım-Comərd Tokayevin 28 avqust 2025-ci il tarixli, 978 nömrəli Fərmanı ilə
“Qazaxıstan Respublikası Konstitusiyasının 30 illiyi” medalı ilə təltif olunub.
Səfər
çərçivəsində Forum iştirakçıları Qazaxıstan Respublikası Prezidentinin Arxivinin
fəaliyyəti ilə tanış olmuş və Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni inzibati binasında olmuşlar.
Tədbirdə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rauf Quliyev təmsil
edib.
