Konstitusiya Məhkəməsinin sədri Tiranada beynəlxalq konfransda iştirak edib.

Xəbərlər

2025 Feb

28.02.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Albaniya Respublikası Konstitusiya Məhkəməsinin sədri Holta Zaçayın dəvəti ilə cari ilin fevral ayının 28-də Avropa Konstitusiya Məhkəmələri Konfransı (Təşkilatına) üzv olan konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında iştirak etmək üçün Tirana şəhərində səfərdə olub.

Tədbir çərçivəsində Avropa Konstitusiya Məhkəmələri Konfransının XX Konqresinin keçirilmə tarixi və mövzusu, milli hesabatların təqdim edilməsi, müşahidəçilərin Konqresə dəvət edilməsi və digər praktiki məsələlərə baxılmışdır.

Səfər zamanı bir sıra Avropa ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə məhkəmə-hüquq məsələləri müzakirə edilmişdir.