28.02.2025
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Albaniya Respublikası
Konstitusiya Məhkəməsinin sədri Holta Zaçayın dəvəti ilə cari ilin fevral
ayının 28-də Avropa Konstitusiya Məhkəmələri Konfransı (Təşkilatına) üzv olan
konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında iştirak etmək
üçün Tirana şəhərində səfərdə olub.
Tədbir çərçivəsində Avropa Konstitusiya Məhkəmələri
Konfransının XX Konqresinin keçirilmə tarixi və mövzusu, milli hesabatların təqdim
edilməsi, müşahidəçilərin Konqresə dəvət edilməsi və digər praktiki məsələlərə
baxılmışdır.
Səfər zamanı bir sıra Avropa ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə məhkəmə-hüquq məsələləri müzakirə edilmişdir.