Seuldakı konfransda “Azərbaycanda konstitusiya nəzarəti və müdafiə vasitələri” mövzusunda danışılıb

Xəbərlər

2024 Jun

06.06.2024

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanovanın başçılıq etdiyi nümayəndə heyəti Koreya Konstitusiya Məhkəməsinin sədri Li Conqseokun dəvəti ilə Seul şəhərində işgüzar səfərdə olub.

Səfərin məqsədi “Konstitusiya hüquqları və ətraf mühit” mövzusunda keçirilmiş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının 4-cü Tədqiqat Konfransında iştirak etmək olub.

Konfransda ekologiya qanunvericiliyi üzrə konstitusiya nəzarətinin həyata keçirilməsi, bu sahədə mühüm məhkəmə qərarları və aktual hüquqi məsələlərlə bağlı iştirak edən ölkələr tərəfindən məruzələr təqdim edilərək müzakirələr aparılıb.

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti “Azərbaycanda konstitusiya nəzarəti və müdafiə vasitələri” mövzusunda çıxış edib.

Səfər çərçivəsində konfransda iştirak edən bir sıra dövlətlərin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatın əməkdaşları ilə işgüzar görüşlər keçirilib, ekologiya qanunvericiliyi üzrə məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.