06.06.2024
Konstitusiya Məhkəməsinin sədr
müavini Sona Salmanovanın başçılıq etdiyi nümayəndə heyəti Koreya Konstitusiya
Məhkəməsinin sədri Li Conqseokun dəvəti ilə Seul şəhərində işgüzar səfərdə
olub.
Səfərin məqsədi
“Konstitusiya hüquqları və ətraf mühit” mövzusunda keçirilmiş Asiya
Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının 4-cü Tədqiqat
Konfransında iştirak etmək olub.
Konfransda
ekologiya qanunvericiliyi üzrə konstitusiya nəzarətinin həyata keçirilməsi, bu
sahədə mühüm məhkəmə qərarları və aktual hüquqi məsələlərlə bağlı iştirak edən
ölkələr tərəfindən məruzələr təqdim edilərək müzakirələr aparılıb.
Konstitusiya
Məhkəməsinin nümayəndə heyəti “Azərbaycanda konstitusiya nəzarəti və müdafiə
vasitələri” mövzusunda çıxış edib.
Səfər
çərçivəsində konfransda iştirak edən bir sıra dövlətlərin Konstitusiya Məhkəmələrinin
hakimləri və Aparatın əməkdaşları ilə işgüzar görüşlər keçirilib, ekologiya
qanunvericiliyi üzrə məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı
ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.