03.06.2024
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından
Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh
olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər
Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini,
Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI
hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin
170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18
yaşına çatmayan hər bir şəxsi ehtiva edir.