Konstitusiya Məhkəməsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Xəbərlər

2024 May

10.05.2024

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabana gələrək, Ulu Öndərin məzarını ziyarət edib, xatirəsi dərin hörmət və ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri vardır. Heydər Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyimizi əbədiyyətə çevirdi, Azərbaycan xalqını hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.

Azərbaycanın tarixində silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən Ulu Öndərin əziz xatirəsini Konstitusiya Məhkəməsinin kollektivi böyük ehtiramla yad edir.