10.05.2024
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 101-ci ildönümü münasibətilə Konstitusiya Məhkəməsinin
kollektivi Fəxri xiyabana gələrək, Ulu Öndərin məzarını ziyarət edib, xatirəsi
dərin hörmət və ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin
yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri vardır. Heydər
Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi
müstəqilliyimizi əbədiyyətə çevirdi, Azərbaycan xalqını hüquqi, sivil,
demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.
Azərbaycanın tarixində silinməz izlər qoyan, azərbaycanlı
olması ilə ömür boyu fəxr edən Ulu Öndərin əziz xatirəsini Konstitusiya Məhkəməsinin
kollektivi böyük ehtiramla yad edir.