ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində işgüzar görüş keçirilib

Xəbərlər

2024 Jan

23.01.2024

Yanvarın 23-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri İoğan Mörfinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Sədr Fərhad Abdullayev seçkilərin ictimai-siyasi həyatın vacib proseslərindən biri olmaqla demokratik cəmiyyətin mühüm amillərindən biri olduğunu qeyd edərək, Konstitusiya Məhkəməsinin Prezident seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Missiyanın rəhbəri İoğan Mörfi məlumata görə təşəkkürünü bildirərək, Seçki Müşahidə Missiyasının fəaliyyəti və məqsədlərinə toxunmuşdur.

Görüş zamanı seçki prosesi ilə bağlı bəzi hüquqi məsələlər müzakirə edilmişdir.

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.