Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Misir Ərəb Respublikasının Məhkəmə-Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Xəbərlər

2023 Nov

29.11.2023

Noyabrın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə işgüzar səfərdə olan Misir Ərəb Respublikasının  Məhkəmə-Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Konstitusiya Məhkəməsinin sədr müavini, hakimlər və Aparat rəhbəri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin praktiki fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmiş, qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılmış, iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.   

Qonaqlar qeyd ediblər ki, səfərin məqsədi Azərbaycanda elektron məhkəmələrin tətbiqi, səmərəli məhkəmə infrastrukturu, hakimlərin hazırlığı, elektron xidmətlər, məhkəmələrin idarə olunması, vətəndaşlara yönəlmiş ədliyyə xidmətlərinin göstərilməsinin təcrübələrini öyrənməkdir.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış oldular və xatirə şəkilləri çəkildi.