04.11.2023
Noyabrın
4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 12
Noyabr – Konstitusiya Günü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və hüquqi
dövlət” hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində
ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, “Zəfər guşəsi” və ADPU-nun Heydər
Əliyev Muzeyini ziyarət ediblər.
Dövlət
Himninin ifa olunması ilə başlanan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə
çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov əsası Heydər Əliyev tərəfindən
qoyulan hüquqi dövlət quruculuğu ilə bağlı geniş nitq söyləyib, gənclərin
hüquqi dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb.
Rektor
Konstitusiya Məhkəməsinə belə ictimai faydalı və stimullaşdırıcı təşəbbüs üçün
təşəkkürünü bildirərək olimpiada qaliblərini təbrik edib.
Tədbirdə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ
şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə Məmmədova
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına
müraciətini oxuyub və qeyd edib ki, qurum tərəfindən gənclər arasında
konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil
olunur, maarifləndirmə işləri aparılır.
Daha
sonra universitet üzrə 134 tələbənin qatıldığı olimpiadada yüksək nəticə göstərərək,
I yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Aysel Firuz qızı Əmirova,
II yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Həzrə Firuz qızı
Əmirova, III yeri tutan Tarix və coğrafiya fakültəsinin tələbəsi Anar Mehman
oğlu Əlizadə və fərqlənən 15 nəfər tələbə təltif edilib.
Qeyd edək ki, olimpiadada I və II yeri tutan Kimya və biologiya fakültəsinin tələbələri Aysel və Həzrə eyni ixtisasda təhsil alan bacılardır.