15.02.2023
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi gənclərlə işbirliyini davam etdirir. Bu
işbirliyinin davamı olaraq fevralın 15-də Konstitusiya Məhkəməsində Azərbaycan
Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Gənclər Fondu birgə
ictimai həyatın bütün sahələrində fəal iştirak edən gənc tələbələrin hüquq sahəsində
praktiki biliklərinin artırılması, peşə vərdişlərinin aşılanması və onların
maarifləndirilməsi məqsədilə “Vəkil olmaq istəyirəm” adlı Qış Məktəbi layihəsi
təşkil olunmuşdur.
Tədbirdə
gələcək hüquqşünaslar arasında praktiki hüquqi bilik və bacarıqlarının təkmilləşdirilməsi,
onların natiqlik qabiliyyətinin artırılması baxımından tələbələrin iştirakı ilə
səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirilmişdir.
Sonda tədbir
iştirakçıları Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.