Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Gənclər Fondu ilə birgə gələcək hüquqşünaslar üçün tədbir təşkil edilib

News

2023 Feb

15.02.2023

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi gənclərlə işbirliyini davam etdirir. Bu işbirliyinin davamı olaraq fevralın 15-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Gənclər Fondu birgə ictimai həyatın bütün sahələrində fəal iştirak edən gənc tələbələrin hüquq sahəsində praktiki biliklərinin artırılması, peşə vərdişlərinin aşılanması və onların maarifləndirilməsi məqsədilə “Vəkil olmaq istəyirəm” adlı Qış Məktəbi layihəsi təşkil olunmuşdur.

Tədbirdə gələcək hüquqşünaslar arasında praktiki hüquqi bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların natiqlik qabiliyyətinin artırılması baxımından tələbələrin iştirakı ilə səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirilmişdir.

Sonda tədbir iştirakçıları Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.