Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi “YAŞAT” Fonduna ianə edib

Xəbərlər

2020 Dec

24.12.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində döyüşən qəhrəman şəhidlərimizin və qazilərimizin, onların ailələrinin sosial müdafiəsi və təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna ianə ediblər.

Konstitusiya Məhkəməsinin kollektivi Fonda dəstəyini davam etdirəcəkdir.