24.12.2020
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Azərbaycan
torpaqlarının düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində döyüşən
qəhrəman şəhidlərimizin və qazilərimizin, onların ailələrinin sosial müdafiəsi və
təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8
dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna ianə ediblər.
Konstitusiya
Məhkəməsinin kollektivi Fonda dəstəyini davam etdirəcəkdir.