17.04.2020
Konstitusiya Məhkəməsi
Aparatının əməkdaşları xüsusi karantin rejiminin qaydalarına əməl etməklə, Bakı
və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan aztəminatlı ailələrə,
həmçinin evdən çıxa bilməyən tənha və yaşlı insanlara - ümumilikdə 30-dan çox
ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları təqdim ediblər.
Görüş zamanı, Konstitusiya Məhkəməsi
Aparatının əməkdaşları vətəndaşlarımıza koronavirus epidemiyasından qorunma
üsullarını bir daha izah edərək, xüsusi karantin rejimi dövründə evdə
qalmalarını tövsiyə edib və bu qaydalara riayət etmələrinin onların özləri və
yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Bu təşəbbüsü minnətdarlıq
hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Konstitusiya Məhkəməsinin
rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.
Konstitusiya Məhkəməsi bu
yardım aksiyalarını bundan sonra da davam etdirmək niyyətindədir.