31.03.2020
Konstitusiya Məhkəməsinin
sabiq hakimi, tanınmış hüquqşunas Ələddin Sultanov 91 yaşında vəfat edib.
Ələddin Sultanov uzun illər
prokurorluq orqanlarında çalışmış, rayon prokuroru, Bakı şəhəri prokurorunun
müavini, Naxçıvan MR prokuroru və Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci
müavini vəzifələrində işləmişdir. 1998-2010-cu illərdə Konstitusiya Məhkəməsinin
hakimi olmuşdur.
General Ələddin Sultanov müstəqil
Azərbaycanın Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalı və
"Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Ələddin Sultanovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.