Rövşən İsmayılov

Hakim

Photo

8 may 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasının müəllimi, 2006-cı ildən isə kafedranın dosentidir.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Komissiyasının işçi qrupunun üzvü olmuşdur.

2000-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.

2002-ci ildə (fevral-iyun) ABŞ İndiana Universitetində elmi məzuniyyətdə olmuşdur.

2005-ci ildə (yanvar-avqust) Fulbrayt Proqramı üzrə ABŞ-nın İndiana Universitetində elmi tədqiqat aparmışdır.

2006-cı il fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunmuşdur.

2008-2017-ci illərdə Avropa Şurası İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

10 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var