8 may 1971-ci ildə Bakı şəhərində
anadan olmuşdur.
1994-cü ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ildən BDU-nun
Konstitusiya hüququ kafedrasının müəllimi, 2006-cı ildən isə kafedranın
dosentidir.
1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiya Komissiyasının işçi qrupunun üzvü olmuşdur.
2000-ci ildə hüquq elmləri
namizədi alimlik dərəcəsini almışdır.
2002-ci ildə (fevral-iyun)
ABŞ İndiana Universitetində elmi məzuniyyətdə olmuşdur.
2005-ci ildə (yanvar-avqust)
Fulbrayt Proqramı üzrə ABŞ-nın İndiana Universitetində elmi tədqiqat
aparmışdır.
2006-cı il fevral ayında Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin
olunmuşdur.
2008-2017-ci illərdə Avropa
Şurası İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.
22 iyun 2010-cu ildə Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə
təyin olunmuşdur.
2017-ci ildən Avropa Şurası
Venesiya Komissiyasının üzvüdür.
10 iyul 2018-ci ildə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə
hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə “Əməkdar hüquqşünas” fəxri
adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var