Konstitusiya Məhkəməsində "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib

News

2025 Dec

16.12.2025

Dekabrın 16-da Konstitusiya Məhkəməsində hakimlərin və Aparatın məsul əməkdaşlarının iştirakı ilə hüquq üzrə fəlsəfə doktoru, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini  Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı keçirilmişdir.

Təqdim edilən kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə beynəlxalq və yerli media qurumlarına verdiyi müsahibələr, çıxışlar və bəyanatlar əsasında suverenlik ideyasının praktik reallaşması, o cümlədən 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirilən dövlət siyasəti elmi-analitik müstəvidə öz əksini tapıb.

Qeyd olunub ki, kitab Konstitusiya hüququ, dövlətçilik və siyasi-hüquqi proseslər sahəsində aparılan elmi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb edir və hüquqşünaslar, tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün faydalı mənbədir.

Tədbirin sonunda müəllifə elmi fəaliyyətində uğurlar arzulanmış, kitabın hüquqi-elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağı bildirilmişdir.