16.12.2025
Dekabrın
16-da Konstitusiya Məhkəməsində hakimlərin və Aparatın məsul əməkdaşlarının
iştirakı ilə hüquq üzrə fəlsəfə doktoru, Hüquq və İnsan Haqları İnstitutunun
İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu:
reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı
keçirilmişdir.
Təqdim
edilən kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif
illərdə beynəlxalq və yerli media qurumlarına verdiyi müsahibələr, çıxışlar və
bəyanatlar əsasında suverenlik ideyasının praktik reallaşması, o cümlədən 44
günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirilən dövlət siyasəti
elmi-analitik müstəvidə öz əksini tapıb.
Qeyd
olunub ki, kitab Konstitusiya hüququ, dövlətçilik və siyasi-hüquqi proseslər
sahəsində aparılan elmi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb edir və hüquqşünaslar,
tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün faydalı mənbədir.
Tədbirin
sonunda müəllifə elmi fəaliyyətində uğurlar arzulanmış, kitabın hüquqi-elmi
ictimaiyyət tərəfindən maraqla qarşılanacağı bildirilmişdir.
