08.12.2025
8
dekabrda Konstitusiya Məhkəməsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində
könüllü qanvermə aksiyası keçirilib.
Aksiyanın
əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların həyatının
xilas edilməsinə, eləcə də ölkədə qan ehtiyatlarının təhlükəsiz səviyyədə
saxlanmasına dəstək verməkdən ibarətdir. Heydər Əliyev Fondunun “Talassemiyasız
həyat naminə” proqramı ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin
sağlam böyüməsinə real təminat bəxş edir.
Təşkil
olunan kütləvi qanvermə aksiyaları cəmiyyət üçün vacib sosial əhəmiyyət daşıyır
və insanların həyatının xilas edilməsində mühüm rol oynayır.
Konstitusiya
Məhkəməsinin və Səhiyyə Nazirliyi Respublika Qan Bankının donor proqramı ilə əməkdaşlıq
şəraitində təşkil olunan qanvermə aksiyasında Məhkəmənin hakimləri və Aparatın əməkdaşları
iştirak edərək, qan ehtiyatlarının artırılmasına dəstək olublar. Qanvermə
prosesi tibbi standartlara uyğun şəkildə, donorların sağlamlıq vəziyyətinin
qiymətləndirilməsi nəzərə alınaraq, peşəkar tibbi personal tərəfindən həyata
keçirilib.
