Konstitusiya Məhkəməsinin Plenumu "Prokurorluq haqqında" Qanunun 2-ci mad. baxımından "Dövlət qulluğu haqqında" Qanunun 29.2 və 29.5-ci mad. şərh edilməsinə dair konstitusiya işinə baxıb.

News

2024 Apr

16.04.2024

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin və “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin hüquqi məzmunu baxımından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə  olan prokurorluq orqanlarında çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.