16.04.2024
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında "Prokurorluq haqqında" Azərbaycan
Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh
edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı
Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə
doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar
qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin və “Prokurorluq
haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin hüquqi məzmunu
baxımından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci
maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər”
müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi
vəziyyətdə olan prokurorluq orqanlarında
çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.