15.11.2022
Noyabrın 15-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları
“Davam” Gənc Hüquqşünaslar Klubunun üzvləri ilə görüş keçiriblər.
Görüşün əvvəlində qeyd
edilib ki, Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi biliklərin
artırılması və gənclərin Konstitusiyada təsbit edilmiş dəyər və prinsiplər
haqqında məlumatlandırılmasına böyük diqqət yetirir.
Gənclərə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ildə 100 illik yubileyi qeyd ediləcək Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması və qəbulu
haqqında ətraflı məlumat verilib.
Daha sonra görüş zamanı
Konstitusiya və onun əsasları, Konstitusiya Məhkəməsinin başlıca fəaliyyət
istiqamətləri barədə məlumat verilib, Məhkəmənin Plenum qərarlarının hüquqi
mahiyyəti ətrafında müzakirələr aparılıb, məhkəmənin fəaliyyəti barədə çoxsaylı
suallar cavablandırılıb.
Sonda gənclər Konstitusiya
Məhkəməsinin binası və Plenum zalı ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Davam” Gənc
Hüquqşünaslar Klubunun məqsədi həm gənc
hüquqşünaslar, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq
sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.