Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun üzvləri ilə görüş keçirilib

Новости

2022 Nov

15.11.2022

Noyabrın 15-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları “Davam” Gənc Hüquqşünaslar Klubunun üzvləri ilə görüş keçiriblər.

Görüşün əvvəlində qeyd edilib ki, Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi biliklərin artırılması və gənclərin Konstitusiyada təsbit edilmiş dəyər və prinsiplər haqqında məlumatlandırılmasına böyük diqqət yetirir.

Gənclərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2023-cü ildə 100 illik yubileyi qeyd ediləcək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması və qəbulu haqqında ətraflı məlumat verilib.

Daha sonra görüş zamanı Konstitusiya və onun əsasları, Konstitusiya Məhkəməsinin başlıca fəaliyyət istiqamətləri barədə məlumat verilib, Məhkəmənin Plenum qərarlarının hüquqi mahiyyəti ətrafında müzakirələr aparılıb, məhkəmənin fəaliyyəti barədə çoxsaylı suallar cavablandırılıb.

Sonda gənclər Konstitusiya Məhkəməsinin binası və Plenum zalı ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, “Davam” Gənc Hüquqşünaslar  Klubunun məqsədi həm gənc hüquqşünaslar, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.