12.12.2021
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Dekabrın 12-də Ulu Öndər Heydər
Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Aparatının məsul əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin
xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri
qoyublar.
Daha sonra Ulu Öndərin
ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.