Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat xitmətinin məlumatı

Новости

2021 Dec

12.12.2021

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.