Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat xidmətinin Məlumatı

News

2021 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 16-17 sentyabr tarixlərində İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Anvar Usmanın dəvəti ilə “İnsan Hüquqları və Konstitusiya: Müsəlman Ölkələrində Məhkəmənin Töhfəsi” mövzusunda onlayn formatda təşkil olunmuş İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi dövlətlərin Konstitusiya və Ali Məhkəmələrinin 2-ci Konfransında iştirak edib.

Konfransda İndoneziya Respublikasının Prezidenti cənab Coko Vidodo açılış nitqi ilə çıxış etmişdir.

Tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Malayziya, İordaniya, Misir, Tailand, Əlcəzair və digər ölkələrin, habelə Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri iştirak etmiş, humanizm və demokratiyanın inkişaf etdirilməsində ədalətin rolu; insan hüquqlarının və demokratiyanın qorunmasında konstitusiya ədalət mühakiməsinin rolu; müasir konstitusionalizm və insan hüquqları və digər mövzularda məruzələr edilmiş, müzakirələr aparılmışdır.