Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 16-17 sentyabr
tarixlərində İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Anvar
Usmanın dəvəti ilə “İnsan Hüquqları və Konstitusiya: Müsəlman Ölkələrində Məhkəmənin
Töhfəsi” mövzusunda onlayn formatda təşkil olunmuş İslam
Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi dövlətlərin Konstitusiya və Ali Məhkəmələrinin
2-ci Konfransında iştirak edib.
Konfransda
İndoneziya Respublikasının Prezidenti cənab Coko Vidodo açılış nitqi ilə çıxış
etmişdir.
Tədbirdə Türkiyə,
Rusiya, Qazaxıstan, Pakistan, Malayziya, İordaniya, Misir, Tailand, Əlcəzair və digər ölkələrin,
habelə Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri iştirak etmiş, humanizm
və demokratiyanın inkişaf etdirilməsində ədalətin rolu; insan hüquqlarının və
demokratiyanın qorunmasında konstitusiya ədalət mühakiməsinin rolu; müasir
konstitusionalizm və insan hüquqları və digər mövzularda məruzələr edilmiş,
müzakirələr aparılmışdır.