Decisions

04.12.01 2001-ci il noyabrın16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

 

QƏRARI

 

2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı

seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə

keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

 

4 dekabr 2001-ci il                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X. Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, B.Qəribov, E.Məmmədov, S.Sal­manova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri Q.Həsənquliyev və Q.Orucovun, üzvləri V. Əsədov, T.Həsənov, Y.Hüseynov, R.İbrahimov, V.Kazımova, E.Qurbanov, İ.Məmmədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə və A.Tağıyevin,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2001-ci il 16 noyabr tarixdə 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.

Hakim F. Babayevin məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Kom­is-s­iyasının sədri M.Pənahovun çıxışını dinləyərək, mütəxəssislər Azərbaycan Res­publikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmi­do­­va­nın arayışını nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məh­kəməsi

 

MÜƏYYƏN ETDİ:

 

2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikası Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

2001-ci il noyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis­siyası 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının 1 saylı protokolunu qanuna müvafiq olaraq ona əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Res­pub­li­ka­sının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə görə Azərbaycan Respublikasının Kons­titusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş 87 saylı Tovuz şəhər birmandatlı dairə seçki komissiyasının 1 saylı protokolunu ona əlavə edilən sənədlərlə birlikdə qanuna uyğunluğunu yoxlamışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, 87 saylı Tovuz şəhər seçki dairəsində 2001-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizəd müəyyənləşdirilmişdir.

Konstitusiya Məhkəməsinə əlavə təqdim olunan Mərkəzi Seçki Komissiyasının 2001-ci il 26 noyabr tarixli, 75/274 saylı qərarından müəyyən edilir ki, 87 saylı seç­ki dairəsinin 7 34 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar Mər­kəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində səs­vermənin nəticələrinə dair seçki komissiyalarının qərarları ləğv olunmuş və hər iki məntəqədə seçkilərin nəticələri etibarsız sayılmışdır. Lakin bu, seçkilərin ümumi nə­ti­cəsinə təsir etməmişdir.

Seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərlə bağlı şi­ka­yətin daxil olub-olmaması, daxil olmuşsa baxılmanın nəticələri barədə arayış veril­məsinə dair sorğu göndərilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2001-ci il 3 dekabr tarixli, T 02/1-483 saylı məktubundan görunür ki, Azərbaycan Respublikasının Milli Məc­li­si­nə keçirilmiş əlavə seçkilərlə bağlı müvafiq rayon məhkəməsinə heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 30 noyabr ta­rixli məktubundan məlum olur ki, Azərbaycan Respublikasının Milli Məclisinə ke­çirilmiş əlavə seçkilərin nəticələrinə dair şikayət daxil olmamışdır.

İşdə olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, Mərkəzi Seçki Komissiyasının 2001-ci il 26 noyabr tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilər üzrə 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində tərtib edilmiş 1 saylı protokol və ona əlavə olunan sə­nədlər ''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında'' Azərbaycan Respublikası Qanununa uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu mad­­sinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

QƏRARA ALDI:

 

1. 2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan edildiyi gündən qüvvəyə minir.

3. QərarAzərbaycanqəzetində vəAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir or­qan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.