Qərarlar

04.12.01 2001-ci il noyabrın16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

AZƏRBAYCAN   RESPUBLİKASI   ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

2001-ci il  noyabrın16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

4 dekabr  2001-ci il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi X. Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, B.Qəribov, E.Məmmədov, S.Sal­manova və  Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri Q.Həsənquliyev və Q.Orucovun, üzvləri V. Əsədov, T.Həsənov, Y.Hüseynov, R.İbrahimov, V.Kazımova, E.Qurbanov, İ.Məm­mədov, A.Minbaşı, H.Paşayev, M.Səlimzadə və A.Tağıyevin, 

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları  H.Hüseynova və U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2001-ci il 16 noyabr tarixdə 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı. 

Hakim F. Babayevin məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Kom­iss­iyasının sədri M.Pənahovun çıxışını dinləyərək, mütəxəssislər Azərbaycan Res­publikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmi­do­­va­nın arayışını nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məh­kəməsi  

M Ü Ə Y Y Ə N    E T D İ:

2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikası Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.

2001-ci il noyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis­siyası 87 saylı  Tovuz şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının 1saylı protokolunu qanuna müvafiq olaraq ona əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Res­pub­li­ka­sının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında’’ Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə görə Azərbaycan Respublikasının Kons­titusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan  Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş 87 saylı Tovuz şəhər birmandatlı dairə seçki komissiyasının 1 saylı protokolunu ona əlavə edilən sənədlərlə birlikdə qanuna uyğunluğunu yoxlamışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, 87 saylı Tovuz şəhər seçki dairəsində 2001-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizəd müəyyənləşdirilmişdir.

Konstitusiya Məhkəməsinə əlavə təqdim olunan Mərkəzi Seçki Komissiyasının 2001-ci il 26 noyabr tarixli, 75/274 saylı  qəranından müəyyən edilir ki,  87 saylı seç­ki dairəsinin 7 və 34 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar  Mər­kəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində səs­vermənin nəticələrinə dair seçki komissiyalarının qərarları ləğv olunmuş və hər iki məntəqədə seçkilərin nəticələri etibarsız sayılmışdır. Lakin bu, seçkilərin ümumi nə­ti­cəsinə təsir etməmişdir.

Seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində keçirilmiş əlavə seçkilərlə bağlı şi­ka­yətin daxil olub-olmaması,daxil olmuşsa baxılmanın nəticələri barədə arayış veril­məsinə dair sorğu göndərilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2001-ci il 3 dekabr tarixli, T 02/1-483 saylı məktubundan görunür ki, Azərbaycan Respublikasının Milli Məc­li­si­nə keçirilmiş əlavə seçkilərlə bağlı müvafiq rayon məhkəməsinə heç bir şikayət daxil olmamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2001-ci il 30 noyabr ta­rixli məktubundan məlum olur ki, Azərbaycan Respublikasının Milli Məclisinə ke­çirilmiş əlavə seçkilərin nəticələrinə dair şikayət daxil olmamışdır.

İşdə olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, Mərkəzi Seçki Komissiyasının 2001-ci il 26 noyabr tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilər üzrə 87 saylı  Tovuz şəhər birmandatlı seçki dairəsində tərtib edilmiş 1 saylı protokol və ona əlavə olunan sə­nədlər “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununa uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu mad­də­sinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında’’ Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A    A L D I :

1. 2001-ci il noyabrın 16-da 87 saylı Tovuz şəhər birmandatlı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin. 

2.  Qərar elan edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir or­qan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.   

Sədrlik edən                                                                  Xanlar Hacıyev