AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİNİN
QƏRARI
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı
74
saylı Goranboy-Naftalan seçki dairəsində 1999-cu il mayın 30-da keçirilmiş yeni
seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
11
iyun 1999-cu il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, B.Qəribov, E.Məmmədov, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi İ.Abbasovun, deputat seçilmək haqqında vəsiqə almış X.Kazımlının iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsindən 1999-cu il mayın 30-da keçirilmiş yeni seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 iyun 1999-cu il tarixli 111/411 saylı qərarına əsasən yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında konstitusiya işinə baxdı.
Hakim F.Babayevin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
MÜƏYYƏN
ETDİ:
''Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
haqqında'' Azərbaycan
Respublikası
Qanununun 74 və 80-ci maddələrinə
əsasən 30 may 1999-cu il tarixdə 74 saylı Goranboy-Naftalan
seçki dairəsində
yeni seçkilər
keçirilmişdir.
Seçki ilə əlaqədar
Mərkəzi Seçki Komissiyası
tərəfindən
Konstitusiya
Məhkəməsinə
74 saylı Goranboy-Naftalan
birmandatlı
seçki dairəsi üzrə Azərbayan
Respublikasının
Milli Məclisinə
seçkilərin
nəticələri
haqqında
dairə seçki komissiyasının
31 may 1999-cu il tarixli protokolu, Azərbaycan
Respublikasının
Milli Məclisinin
deputatlığına
namizəd Kazımlı Xanhüseyn
Hüseynağa
oğlunun şəxsi vərəqəsi, Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
üzrə 74 saylı Goranboy-Naftalan
birmandatlı
dairə seçki komissiyası
iclasının 2 may 1999-cu il tarixli 3 saylı protokolu, Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası
iclasının 5 may 1999-cu il tarixli 109 saylı protokolu, Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
üzrə birmandatlı
74 saylı Goranboy-Naftalan
seçki dairəsində
yeni seçkilər
üçün deputatlığa
namizəd göstərilmiş
şəxslərin
siyahısının
elan edilməsi
haqqında
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
qərarı və Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
üzrə birmandatlı
74 saylı Goranboy-Naftalan
seçki dairəsində 1999-cu il mayın 30-da keçirilmiş
yeni seçkilərin
nəticələrinin
elan edilməsi
haqqında
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
8 iyun 1999-cu il tarixli qərarı təqdim edilmişdir. Sənədlərdən
məlum olur ki, seçki dairəsinin 49 seçki məntəqəsində
seçici siyahılarına
daxil edilmiş 45 540 seçicinin 40 571-i səsvermədə
iştirak etmişdir. Onların 36 935 nəfəri Azərbaycan
Respublikası
Milli Məclisi deputatlığına
namizədlərdən
Xanhüseyn
Hüseynağa
oğlu Kazımlının
lehinə səs vermişdir. Bu isə ''Azərbaycan
Respublikasının
Milli Məclisinə
seçkilər
haqqında'' Azərbaycan
Respublikası
Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş
şərtlərə
uyğundur. Təqdim olunmuş sənədlərdən
görünür ki, Mərkəzi Seçki Komissiyası
tərəfindən
''Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında'' Azərbaycan
Respublikası
Qanununun 78-ci maddəsinin
tələblərinə
riayət olunmuşdur.
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi
Azərbaycan
Respublikası
Konstitusiyasının
130-cu maddəsinin
VI hissəsinin, ''Konstitusiya
Məhkəməsi
haqqında'' Azərbaycan
Respublikası
Qanununun 72, 75, 76, 78,
81, 83, 85-ci maddələrini
rəhbər tutaraq
QƏRARA
ALDI:
1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan
seçki dairəsində 30 may 1999-cu il tarixdə keçirilmiş yeni seçkilərin nəticələri
bütövlükdə təsdiq edilsin.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən qüvvəyə minir.
3. Qərar ''Azərbaycan'' qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.