Kamran Şəfiyev

Hakim

Photo

Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi (Parlament) Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini  vəzifələrində işləmişdir.

1998- 2008-ci illərdə Milli Məclis (Parlament) Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008-2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Azərbaycan Respublikasında qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür.

Məhkəmə Hüquq Şurasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.