Kamran Rauf oğlu Şəfiyev 22
dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsini bitirmişdir.
1985-ci ildə Başkir Muxtar
Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar,
1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının
katibi işləmişdir.
1994-1998-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisi (Parlament) Aparatının Dövlət quruculuğu üzrə
qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini
vəzifələrində işləmişdir.
1998- 2008-ci illərdə Milli Məclis (Parlament) Aparatının
Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008-2010-cu
illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.
1998-2000-ci illərdə Azərbaycan
Respublikasının Mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə
dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikasında qəbul
olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.
22 iyun 2010-cu ildə Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Baş
prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür.
Məhkəmə Hüquq Şurasının
üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin
9 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin
27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.