
7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı şəhəri
190 nömrəli orta məktəbi bitirmişdir.
1997-ci ildə Bakı Dövlət
Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsini (əyani) və Qərb Universitetinin Sosial
siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirmişdir.
1997-ci ildən 2000-ci
ilə qədər BMT İnkişaf Proqramının “Gender İnkişafda” qurumunda ictimai əlaqələr üzrə mütəxəssis vəzifəsində
işləmişdir.
2001-ci
ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr müavinin baş məsləhətçisi,
Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər şöbəsinin
müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir.
25
iyun 2011-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif
olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 10 iyul 2018-ci il tarixli 322 saylı Sərəncamına əsasən
3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
01 fevral
2021-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə
təyin olunmuşdur.
Hüquq
üzrə fəlsəfə doktorudur.
İki
övladı var.