7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı şəhəri 190 nömrəli orta məktəbi
bitirmişdir.
1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq
hüquq və Beynəlxalq münasibətlər fakültəsini (əyani) və Qərb Universitetinin
Sosial siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirmişdir.
1997-ci ildən 2000-ci ilə qədər BMT İnkişaf
Proqramının “Gender İnkişafda” qurumunda ictimai əlaqələr üzrə mütəxəssis vəzifəsində
işləmişdir.
2001-ci ildən 2021-ci ilə qədər Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr
müavinin baş məsləhətçisi, Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquq və beynəlxalq
münasibətlər şöbəsinin müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin
müdiri vəzifələrində işləmişdir.
25 iyun 2011-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2018-ci
il tarixli 322 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi
verilib.
01 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası
Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci
il tarixli 3268 saylı Sərəncamı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral
2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”
yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il 3
noyabr tarixli M-10 nömrəli Əmri ilə “Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təsisatının 20 illiyi 2002-2022” yubiley
medalı ilə təltif edilmişdir.
Məhkəmə Hüquq Şurasının üzvüdür.
Hüquq üzrə fəlsəfə doktorudur.
İki övladı var.