22.03.2020
Koronavirus infeksiyasının (COVID-19)
yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq
Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:
1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;
2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;
3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri elektron poçt (contact@constcourt.gov.az) və yaxud poçt vasitəsilə göndərə bilərlər.
Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi)